...

Azərbaycanda 8 min hektara yaxın torpaq sahəsinin su ilə təminatı yaxşılaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2014 20:47 (UTC +04:00)
Azərbaycanda 8 min hektara yaxın torpaq sahəsinin su ilə təminatı yaxşılaşdırılacaq. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.
Azərbaycanda 8 min hektara yaxın torpaq sahəsinin su ilə təminatı yaxşılaşdırılacaq

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Z.Qurbanova/

Azərbaycanda 8 min hektara yaxın torpaq sahəsinin su ilə təminatı yaxşılaşdırılacaq. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadənin rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.

Məqalədə deyilir: "Müqayisə üçün deyək ki, son 10 il ərzində cəmi 889 ədəd subartezian quyusu qazılmışdısa, təkcə bu il 250 ədəd subartezian quyusu qazılıb əhalinin istifadəsinə veriləcək".

Ə.Əhmədzadə qeyd edib ki, 2014-cü ildə qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə əsasən Ağdam rayonunda 19, Bərdə və Zaqatala rayonlarının hər birində 17, Qazax rayonunda 16, Tovuz rayonunda 14, Ağcabədi, Goranboy, Samux və Şəmkir rayonlarının hər birində 13 ədəd, habelə digər rayonlarda müvafiq sayda subartezian quyularının qazılması təmin olunacaq: "İşlər əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 233 yaşayış məntəqəsində həyata keçiriləcək".

Məqalədə bildirilir ki, dövlət başçısının müvafiq sərəncamına əsasən, bu işlərin həyata keçirilməsinə 15 milyon manat ayrılıb: "Yeni qazılacaq subartezian quyuları əsasən Ermənistanın işğalı altında olan torpaqlarımıza yaxın ərazilərdə nəzərdə tutulub. İşğalçı Ermənistan zəbt etdiyi ərazilərimizdə su mənbələrinin qarşısını kəsir, başqa səmtə yönəldir və ya buna nail ola bilmədikdə suları bütövlükdə çirkləndirir və zəhərləyir. Bu sahədə ən böhranlı vəziyyət Sərsəng su anbarındadır. İşğalçı Ermənistanın günahı ucbatından su anbarında ekoloji və texniki böhran yaşanır. Əraziyə yaxın kəndlərimizin əhalisi üçün bu sudan istifadə təhlükəlidir. Ona görə də dövlətimiz işğal altında olan ərazilərə yaxın torpaqlarımızda əkin sahələrinin suvarma suyu ilə, əhalinin isə içməli su ilə təminatını diqqət mərkəzində saxlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti