Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Emil İsmayılov/
Azərbaycanın böyük tranzit potensialı var, bunun işlədilməsi üçün ölkədə iri nəqliyyat layihələri reallaşdırılır. Trend-in məlumatına görə, bunu çərşənbə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbəri Elçin Mirzəyev dənizçilərin peşə bayramına həsr edilmiş tədbirdə deyib.
O, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun və Ələt qəsəbəsində inşa edilən yeni beynəlxalq dəniz ticarət limanının tikintisi layihələrini qeyd edib. Qeyd edib ki, indiki dəniz limanının şəhərin mərkəzində yerləşməsi onun məhsuldar işinə mane olur və buna görə yeni limanın tikintisi zərurəti yaranıb: "Yeni limanın bərə terminalının tikintisinin başa çatması bərə terminalımızı mərkəzdən kənara köçürməyə imkan verəcək".
Yeni limanın 2015-ci ilin sonuna istismara verilməsi planlaşdırılır.