...

Azərbaycan sığortaçısı xaricdən irihəcmli kredit cəlb edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2014 13:10 (UTC +04:00)
Beynəlxalq Sığorta Şirkəti (BSŞ) xaricdən irihəcmli kredit cəlb edib. Trend-in məlumatına görə, bunu çərşənbə günü şirkətin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov mətbuat konfransında deyib.
Azərbaycan sığortaçısı xaricdən irihəcmli kredit cəlb edib (FOTO)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Emin Əliyev/

Beynəlxalq Sığorta Şirkəti (BSŞ) xaricdən irihəcmli kredit cəlb edib. Trend-in məlumatına görə, bunu çərşənbə günü şirkətin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iyunun sonunda BSŞ və iri beynəlxalq banklardan biri olan "ING Bank" (Niderland) ilə 3 milyon dollar həcmində kreditin ayrılması haqqında saziş bağlanıb: "Müqavilə gələcəkdə məbləğ və müddətin artırılması imkanı ilə 370 günlük kredit xəttini nəzərdə tutur. Belə bir genişləndirilmənin aparılmasını bazarda tələbatın olması göstərəcək".

İdarə Heyətinin sədri deyib ki, bu, Azərbaycan bazarında ilk belə sövdələşmədir: "Vəsait şirkətin fəaliyyətinin inkişafına və məhsul çeşidinə istiqamətlənəcək. Bundan başqa, biz hazırda digər belə layihələr üzərində işləyirik və ümid edirəm ki, yaxın aylarda bu barədə məlumat verə biləcəyik".

M.S.Məmmədov qeyd edib ki, "ING Bank" iri beynəlxalq banklardan biridir: "Bu bank tərkibində sığorta şirkəti olan ING qrupuna daxildir. Biz qrupla əməkdaşlığı genişləndirmək niyyətindəyik və bu barədə danışıqlar aparırıq".

Mətbuat konfransında, həmçinin şirkətin yenilənmiş veb-saytının təqdimatı olub. Yenilənmiş sayt Maliyyə Nazirliyinin sığortaçıların internet səhifələrinə qarşı tələblərinə uyğun hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti