...

İl ərzində Azərbaycan-İran sərhəd-keçid məntəqəsində yeni körpü tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2014 18:03 (UTC +04:00)
Azərbaycan və İran hökumətləri arasında Astara (İran) - Astara (Azərbaycan) sərhəd-keçid məntəqəsinin razılaşdırılmış ərazisində yeni dəmir yolu, avtomobil yolu və ikinci piyada körpüsünün tikintisi haqqında razılıq əldə olunub.
İl ərzində Azərbaycan-İran sərhəd-keçid məntəqəsində yeni körpü tikiləcək

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan və İran hökumətləri arasında Astara (İran) - Astara (Azərbaycan) sərhəd-keçid məntəqəsinin razılaşdırılmış ərazisində yeni dəmir yolu, avtomobil yolu və ikinci piyada körpüsünün tikintisi haqqında razılıq əldə olunub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-İran biznes forumunda deyib.

Onun sözlərinə görə, İran tərəfindən piyada körpüsünün layihə-smeta sənədləşdirilməsinə hazırlıq razılaşdırılıb.

Astara sərhəd-keçid məntəqəsinin rəisi Həmidrza Məhəmmədi Trend-ə bildirib ki, piyada körpüsünün tikintisi layihəsinin maliyyələşdirilməsi iki ölkə arasında yarı (50/50) bölüşdürüləcək: "Biz qısa müddət ərzində körpünün tikintisi üçün hər cür səy göstərəcəyik. Güman edirəm ki, bu piyada körpüsü bir ildən az müddətə istismara veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti