...

TuranBank-ın "Facebook" istifadəçiləri üçün keçirdiyi "selfie" müsabiqəsinin qalibləri məlum oldu (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2014 14:14 (UTC +04:00)
"TuranBank" ASC-nin "Facebook" istifadəçiləri arasında keçirdiyi "selfie" fotoşəkil müsabiqəsinin qalibləri Aida Aslanova, Vüsalə Əbilova və Əhsən Əliyev oldular.
TuranBank-ın "Facebook" istifadəçiləri üçün keçirdiyi "selfie" müsabiqəsinin qalibləri məlum oldu (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

"TuranBank" ASC-nin "Facebook" istifadəçiləri arasında keçirdiyi "selfie" fotoşəkil müsabiqəsinin qalibləri Aida Aslanova, Vüsalə Əbilova və Əhsən Əliyev oldular. Onlar bank tərəfindən iştirakçıların şəkillərinin topladığı "like" işarələrinin sayı nəzərə alınmaqla seçiliblər.

Bankdan Trend-ə verilən məlumata görə, qaliblərin hər birinə pul mükafatı mədaxil edilmiş "MasterCard" plastik kartı hədiyyə olunub.

Bank özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsinin izləyiciləri üçün bu qəbildən olan hədiyyəli aksiyaları mütəmadi keçirməyi planlaşdırır.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti