...

Azərbaycanda qeydiyyata alınmış müəssisə və təşkilatların sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2014 13:40 (UTC +04:00)
2014-cü ilin yanvar-sentyabr aylarında ölkədə qeydiyyata alınmış müəssisə və təşkilatların sayı artmaqda davam edərək 5491 olub.
Azərbaycanda qeydiyyata alınmış müəssisə və təşkilatların sayı artıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

2014-cü ilin yanvar-sentyabr aylarında ölkədə qeydiyyata alınmış müəssisə və təşkilatların sayı artmaqda davam edərək 5491 olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, yeni müəssisələrin 57,3 faizi Bakıda, 8,8 faizi Aran, 8,2 faizi Abşeron, 7,7 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Azərbaycan Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin yanvar-sentyabr aylarında 55 664 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti