...

Azərbaycan aviaşirkəti ABŞ-a yükdaşımalar üçün icazə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2014 12:43 (UTC +04:00)
ABŞ-ın Nəqliyyat Nazirliyi Azərbaycanın "Silk Way West Airlines" aviaşirkətinə Bakı-Nyu-York marşrutu üzrə yükdaşımalar həyata keçirməyə icazə verib.
Azərbaycan aviaşirkəti ABŞ-a yükdaşımalar üçün icazə alıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Emil İsmayılov/

ABŞ-ın Nəqliyyat Nazirliyi Azərbaycanın "Silk Way West Airlines" aviaşirkətinə Bakı-Nyu-York marşrutu üzrə yükdaşımalar həyata keçirməyə icazə verib. Trend xəbər verir ki, bu barədə qlobal aviasiya xəbərlərinin tədarükçüsü olan və İsveçrədə yerləşən "ch-aviation" saytında yerləşdirilmiş məlumatda deyilir.

"Silk Way West Airlines" Azərbaycanın mənzil-qərragahı Bakıda yerləşən "Silk Way Airlines" aviaşirkətinin törəməsidir. Aviaşirkət regionda 50-dən artıq istiqamətdə müntəzəm və çarter yük reysləri həyata keçirmək üzrə liderdir.

"Azərbaycan Hava Yolları" QSC sentyabrdan Bakı-Nyu-York marşrutu üzrə birbaşa sərnişin aviadaşımalarını həyata keçirməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti