Samir Şərifov əlavə vergilərin büdcəyə cəlb ediləcəyindən danışıb (FOTO)

Samir Şərifov əlavə vergilərin büdcəyə cəlb ediləcəyindən danışıb (FOTO)

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Bu gün Azərbaycan Maliyyə Nazirliyində ötən ilin dövlət büdcəsinin icrasının yekunları, həmçinin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası və 2015-ci ildə nazirlik qarşısında duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov 2014-cü ildə qazanılmış sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2014-cü ildə ölkəmiz ciddi uğurlara imza atıb, dövlət proqramlarının icrasına, makroiqtisadi sabitliyə, qeyri-neft sektorunda yüksək artım sürətinə, dövlət büdcəsinin stabil icrasına nail olunub, dövlətin valyuta ehtiyatları, əhalinin yaşayış səviyyəsi və real pul gəlirləri, o cümlədən ölkədə orta aylıq əmək haqqı artıb.

Nazir bildirib ki, 2014-cü il üçün icmal büdcənin gəlirləri 23,1 milyard manat və ya 104,9 faiz, xərcləri 21,3 milyard manat və yaxud 87,2 faiz icra olunub. 2014-cü il dövlət büdcəsinin mədaxili 18,4 milyard manat və ya 100,2 faiz icra edilib, xərcləri isə 18,7 milyard manat və ya 93,2 faiz icra olunub, qarşıya qoyulan bütün öhdəliklər yerinə yetirilib.

S.Şərifov deyib ki, dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər 2014-cü ildə də davam etdirilib, dövlət büdcəsi xərclərinin yarıdan çox hissəsinin proqramlar və məqsədli tədbirlər əsasında tərtibinə və icrasına nail olunub. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələri üzrə təqdimat Milli Məclisə təqdim olunmamışdan əvvəl Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Həmçinin, dövlət və icmal büdcələrinin göstəricilərinin ətraflı, sadə və anlaşıqlı dildə vətəndaşlara çatdırılması üçün "Vətəndaşın büdcə bələdçisi" kitabı hazırlanıb. Nazir bildirib ki, dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası proseslərinin, dövlət maliyyəsinin idarə olunması və hesabatlılıqla bağlı həyata keçirilən bütün bu tədbirlər öz müsbət əksini Dünya Bankı, Avropa İttifaqı və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi tərəfindən Azərbaycanda uğurla başa çatdırılmış Dövlət Xərcləri və Maliyyə Hesabatlılığının (PEFA) qiymətləndirilməsi hesabatında da tapıb. Aparılmış qiymətləndirmə nəticəsində 31 göstəricidən 17-si üzrə ciddi irəliləyişlər və yüksək nəticələr əldə edilib.

Cari ilin dövlət və icmal büdcələri barədə danışan nazir qeyd edib ki, "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun Prezident İlham Əliyevin daim diqqətində olan bütün dövlət vəzifələrinin uğurla həyata keçirilməsinə, prioritet hədəf kimi əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsinə, ölkənin bütün sahələrdə təhlükəsizliyinin təmin edilməsinə və iqtisadi inkişafının stimullaşdırılmasına maliyyə təminatı yaradacaq. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat, kəsiri 1 milyard 662 milyon manat, icmal büdcənin xərclərinin yuxarı həddi 25 milyard 911 milyon manat təsdiq edilib.

Kollegiyanın sədri Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının 2015-ci ildə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, dünyadakı mövcud vəziyyətin təsirlərindən ölkəmizin minimum itkilərlə ötüşməsi üçün konkret göstərişlər verdiyini bildirib. Diqqətə çatdırılıb ki, cənab Prezident neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacağını bildirib. Bununla bağlı Maliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlərin həyata keçiriləcəyini qeyd edən S.Şərifov qeyri-neft sektorunun inkişafı hesabına dövlət büdcəsinə cəlb ediləcək vergi və rüsumların əhatə dairəsinin genişləndirilməsi, əvvəlki illərdən qalmış və növbəti il üçün nəzərdə tutulan vergi və digər daxilolmaların dövlət büdcəsinə tam alınması, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində əlavə yaranacaq vergilərin büdcəyə cəlb ediləcəyini bildirib. Bununla yanaşı, dövlət büdcəsinin sosial öhdəliklərinin, təhlükəsizlik və müdafiə sahələrinin mühüm təlabatlarının, dövlət orqanlarının əsas ehtiyaclarının, xarici borc və beynəlxalq təşkilatlara üzvlük haqlarının, ölkədə keçiriləcək mühüm beynəlxalq tədbirlər üzrə öhdəliklərin və ölkə daxilində və xaricində icrasına başlanılmış və prioritet hesab edilən investisiya layihələrinin yaratdığı öhdəliklərin təmin edilməsi xərclər üzrə qarşıda duran əsas vəzifələrdir.

Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən kollegiyanın sədri nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2015-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulmuş daxilolmaların artırılması, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla, prioritetlik daşımayan, səmərəsi aşağı olan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsi və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Nazir qeyd edib ki, cari ildə sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək.

İclasda 2014-cü il dövlət büdcəsinin icrasına dair müvafiq qanun layihəsinin və yardımçı materialların hazırlanıb aidiyyəti üzrə təqdim olunması, 2016-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihəsinin vaxtında və daha da keyfiyyətlə hazırlanması üçün qanunvericiliklə qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə yetirilməsinə dair tapşırıqlar verilib.

Kollegiya iclasında, həmçinin "Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı"nın geniş müzakirəsi aparılıb. Sığorta olunanların və digər faydalanan şəxslərin mənafelərinin lazımi səviyyədə qorunmaması ilə bağlı bildirilib ki, əldə olunan müsbət nəticələrə baxmayaraq göstərilən sahədə problemlər hələ də mövcüddur. Sığorta şirkətləri tərəfindən sığorta olunanların öz hüquqlarını və öhdəliklərini yetərincə bilmələri üçün az həcmdə iş görülür. Sözügedən Tədbirlər Planına uyğun olaraq ölkədə sığorta işinin daha da inkişaf etdirilməsi, sığortalıların mənafelərinin müdafiəsi üçün daha ciddi və qəti hüquq normalarının müəyyən edilməsi, əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, sığorta sahəsində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həyat və qeyri-həyat sığortası sahəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni sığorta növlərinin tətbiqi ilə bağlı konkret tapşırıqlar verilib.

İclasda mühasibat uçotu və audit sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə görülmüş işlər, habelə Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi çərçivəsində keçirilmiş təlimlərin nəticələrinə dair məlumat verilib.

Kollegiyada müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

İclasın yekununda Prezidentin müvafiq sərəncamı ilə təltif olunan Maliyyə Nazirliyinin bir qrup əməkdaşına dövlət qulluğunda fərqlənməyə görə orden və medallar təqdim olunub.

Azərbaycan məhsulları Dubayda "Gulfood 2021" sərgisində nümayiş etidirilir
Azərbaycan məhsulları Dubayda "Gulfood 2021" sərgisində nümayiş etidirilir
Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb
Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb
"Bitcoin"in qiyməti ilk dəfə 55 min dolları keçib
"Bitcoin"in qiyməti ilk dəfə 55 min dolları keçib
Loading Bars
Xəbər lenti
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib (FOTO)
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib (FOTO)
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb
Paşinyan Baş qərargah rəisini vəziəsindən azad etdi (ƏLAVƏ OLUNUB)
Ağdamda qardaş qardaşı bıçaqlayıb (FOTO)
Bütün xəbərlər