Azərbaycan, Bakı, 19 yanvar /Trend/
Expressbank-ın aktivləri il ərzində 44 faiz artaraq 1 yanvar 2015-ci il tarixinə 327,7 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 30,2 mln. manat və ya 16,8% artaraq 210,6 mln. manat olub. Bu barədə Trend-ə bankdan məlumat verilib.
Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2015-ci il tarixinə 166,6 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 51,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 33,4% çoxdur.
Bankın 1 yanvar 2015-ci il tarixinə məcmu kapitalı 137,7 mln. manat təşkil edib.
Expressbank "Fitch Ratings" agentliyinin "stabil" proqnozlu "B" reytinqlərinə malikdir. Bu reytinq ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5 minədək POS-terminal və 140-dək ExpressPay ödəniş terminalı var.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.