...

AİB Azərbaycanda əməliyyatlar üzrə biznes-planı təsdiq etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2015 19:12 (UTC +04:00)
AİB-in vəsaitləri su, nəqliyyat və enerji layihələrinə istiqamətlənəcək.
AİB Azərbaycanda əməliyyatlar üzrə biznes-planı təsdiq etdi

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Azad Həsənli/

Asiya İnkişaf Bankı (AİB) 2015-2017-ci illər üçün Azərbaycanda əməliyyatlar üzrə biznes-planı təsdiq edib.

Trend-in AİB-ə istinadən verdiyi məlumata görə, Azərbaycan bankdan qeyd edilən dövrdə vəsaitləri yalnız adi kapital resursları qismində əldə edəcək.

2015-2017-ci illərdə suveren əməliyyatların maliyyələşdirilməsində istifadə edilə biləcək ilkin resurslar 586 milyon dollar, təqdim edilən kreditləşmə proqramı isə 715 milyon dollar təşkil edəcək.

AİB-in vəsaitləri su, nəqliyyat və enerji layihələrinə istiqamətlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti