...

Azərbaycan Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlıq səviyyəsini artırmaq istəyir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2015 12:30 (UTC +04:00)
Noyabrda Səudiyyə Ərəbistanı-Azərbaycan birgə biznes forumu keçiriləcək.
Azərbaycan Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlıq səviyyəsini artırmaq istəyir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 may /Trend/

Noyabrda Səudiyyə Ərəbistanı-Azərbaycan birgə biznes forumu keçiriləcək.

Bu barədə cümə günü Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu zamanı Azərbaycan İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev bildirib.

"Növbəti biznes forumun cari ilin noyabr ayında Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı artıq ilkin razılığa gəlmişik", - deyə Ş.Mustafayev məlumat verib.

Onun sözlərinə görə, hazırkı biznes forum iki ölkə arasında baş tutan ikinci biznes forumdur: "Birinci hökumətlərarası komissiyalar çərçivəsində 2013-cü il dekabr ayında keçirilmişdi. Ölkələr arası münasibətin ən yaxşı göstəricisi kimi cari ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərini göstərmək olar".

Bununla yanaşı, Ş.Mustafayev qeyd edib ki, iqtisadi əməkdaşlığı siyasi əməkdaşlıq səviyyəsinə kimi artırmaq lazımdır.

Nazir təəssüflə bildirib ki, ölkələrarası əmtəə dövriyyəsi ölkələrarası münasibət səviyyəsinə uyğun gəlmir: "Bu baxımdan sahibkarlarımız arasında əlaqələri genişləndirmək lazımdır".

Onun sözlərinə görə, bugünkü biznes forum çərçivəsində əldə olunan razılıqlar noyabrda Səudiyyə Ərəbistanında keçiriləcək növbəti biznes forumunda yeni sazişlərin imzalanması üçün əsas olacaq.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2014-cü ilin nəticələrinə görə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əmtəə dövriyyəsi 14,66 milyon dollar təşkil edib. Bu da 2013-cü ilin nəticələrinə görə iki dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti