...

Məhsul istehsalçılarına tövsiyə: Taxıl sahələrini yandırmayın

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2015 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Taxıl sahələrinin biçindən sonra yandırılması torpaqda üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq mübitliyinin kəskin surətdə azalmasına səbəb olur. Trend-in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məhsul istehsalçılarına müraciətində bildirilir.

Qeyd olunur ki, samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpa olunması üçün əlavə resurslar və uzun müddət tələb olunur: "1 hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kq azot, 70-80 kq fosfor, 90-100 kq-a qədər kalium elementi və 1-1,5 ton humus itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton həcmində üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30% azalmasına səbəb olur".

Qeyd edilənləri nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmalarını və yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatları aparmalarını tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti