...

Parabank "İmkanlarımız sərhədsizdir" əmanətini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2015 12:13 (UTC +04:00)

Bakı. Trend:

Parabank əmanət və depozit növlərinin artırılması siyasətinə uyğun olaraq özünün bank məhsulu olan "İmkanlarımız sərhədsizdir" əmanətini müştərilərə təqdim edir. Bankdan Trend-ə verilən məlumata görə, depozit üzrə əmanətlər 3 il müddətinə qədər qəbul edilir.

Əmanətin yerləşdirilməsi 500 manat və ya dollar məbləğindən az olmamaqla qəbul edilir. Müştərilər öz seçiminə görə yerləşdirdiyi depozit üzrə faizləri hər ay, 3, 6 və 12 aydan bir götürə bilərlər. Əmanət məbləğindən asılı olaraq müştərilərə faizlərin alınması üçün bank tərəfindən VİSA Elektron, Classic, Gold Platinum, İnfinite debet kartı verilir.

Əmanət yerləşdirmiş fiziki şəxs yerləşdirdiyi əmanətin müddətinə uyğun bədbəxt hadisələrdən sığorta paketi ilə təmin edilir.

Depozit sahibləri banka yerləşdirilmiş vəsaitlərinin 70 faiz həcmində ən sərfəli şərtlərlə kredit götürə bilərlər. 5000 AZN/USD və ondan artıq məbləğdə vəsait yerləşdirən müştərilərə pulsuz VİSA kartı verilir.

Bank xidmətləri barədə ətraflı məlumatı 139 məlumat mərkəzinə, www.parabank.az saytına, bankın rəsmi facebook səhifəsinə -https://www.facebook.com/Parabank və ya rəsmi instagram səhifəsi -https://instagram.com/parabank_asc daxil olmaqla əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti