...

Azərbaycanla Vyetnam arasında hava əlaqələri genişləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2015 12:57 (UTC +04:00)
Azərbaycanla Vyetnam arasında hava əlaqələri və gömrük sahəsində əməkdaçlıq genişləndirilir.
Azərbaycanla Vyetnam arasında hava əlaqələri genişləndirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanla Vyetnam arasında hava əlaqələri və gömrük sahəsində əməkdaçlıq genişləndirilir.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında" Saziş və "Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Saziş təsdiq edilib.

Sazişlər haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, hər iki saziş iki ölkə arasında qeyd olunan sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti