...

Mərkəzi Bank banklara qarşı tələbləri zəiflədəcək (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2015 11:35 (UTC +04:00)
Azərbayca Mərkəzi Bankı (AMB) 2015-ci ilin sonunadək kapitalın adekvatlıq həcminin 12 faizdən 10-dək azaldılmasını planlaşdırır.
Mərkəzi Bank banklara qarşı tələbləri zəiflədəcək (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənov - Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ilin sonunadək kapitalın adekvatlılıq əmsalı həcminin 12 faizdən 10-dək azaldılmasını planlaşdırır. Bu barədə Trend "Fitch Ratings" beynəlxalq reytinq agentliyinə istinadən məlumat verir.

Məlumatda deyilir: "Manatın məzənnəsinin kəskin aşağı düşməsi risk səviyyəsi üzrə ölçülmüş xarici valyutada inflyasiya vasitəsilə kapitalın kifayətliliyinə zərbə vurub və bəzi hallarda bu, pulköçürmələr üzrə əhəmiyyətli itkilərə gətirib çıxaracaq".

Hesabat müəlliflərinin fikrincə, bəzi banklar kapitalın adekvatlılığına qarşı tələbləri poza bilər. Lakin "Fitch" güman edir ki, tənzimləyici normativ tələbin pozulmasına "göz yumacaq" və səhmdarlara kapitalın kifayətliliyinə qarşı tələblərə uyğunlaşmaq üçün bankların kapitalına əlavə daxilolmalar məqsədilə vaxt verəcək.

Məlumatda deyilir: "Bu fikir onunla əsaslanır ki, Mərkəzi Bank fevral devalvasiyasından sonra banklara artıq belə bir imkan vermişdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti