...

Parabank müştərilərə sərfəli köçürmə faizləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2016 14:05 (UTC +04:00)
Uzaq sahilləri yaxınlaşdıran, hətta okeanın o biri tayını fəth edən Parabankın Pul köçürmələri sistemləri müştərilərə sərfəli köçürmə faizləri təklif edir.
Parabank müştərilərə sərfəli köçürmə faizləri təklif edir

Bakı. Trend:

Uzaq sahilləri yaxınlaşdıran, hətta okeanın o biri tayını fəth edən Parabankın Pul köçürmələri sistemləri müştərilərə sərfəli köçürmə faizləri təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, Western union, contact, zolotaya korona, blizko, caspian money transfer və monex sistemləri ilə bütün dünyanı əhatə edən pul köçürmə sistemlərini Parabankın filial və şöbələrinə gəlməklə istədiyiniz ölkədən sizə ünvalanan pulları həm ala, həm də istədiyiniz ölkəyə göndərə bilərsiniz.

Məbləğindən və ölkədən asılı olaraq köçürmə sistemləri və faizlər dəyişir. Göndərilən pulları müxtəlif valyutalarla həyata keçirmək mümkündür.

Sistemdən asılı olaraq faiz dərəcələri 1% dən başlayaraq dəyişir. Bu haqda ətraflı məlumat əldə etmək istəyirsinizsə Parabankın filiallarına gələ bilər və ya 139 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti