...

Nasir Əbdüləziz Əl-Nasir: Qlobal iqtisadi problemlərin həlli bir ölkənin işi deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2016 15:12 (UTC +04:00)
"Bizim dünyamız artıq ən pis qaçqın böhranı ilə üzləşib. Xeyli sayda qadın, uşaq xarici ölkələrə üz tutur".
Nasir Əbdüləziz Əl-Nasir: Qlobal iqtisadi problemlərin həlli bir ölkənin işi deyil

Bakı. Elçin Mehdiyev - Trend:

"Bizim dünyamız artıq ən pis qaçqın böhranı ilə üzləşib. Xeyli sayda qadın, uşaq xarici ölkələrə üz tutur".

Trend-in məlumatına görə, bunu BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən biznes simpoziumunda deyib.

O, qeyd edib ki, müxtəlif beynəlxalq təşkilatlar, eləcə də BMT özəl sektora böyük dəstək göstərir: "Özəl sektorun töhfəsi problemləri aradan qaldırmağa kömək edə bilər. Burada inklüziv, dini məsələlərin rolu danılmazdır. Müxtəlif etnik mədəniyyətləri qəbul etməyin artıq vaxtı çatıb. Biz tam məsuliyyəti ilə rolumuzun ciddiliyini dərk edirik. Bu gün toplaşdığımız tədbir status-kvoya qarşı çıxmağımıza imkan verir. Ümid bəsləyirik ki, bu simpoziumda önəmli qərarlar veriləcək".

Nasir Əbdüləziz Əl-Nasir deyib ki, qlobal iqtisadi problemlərin və yoxsulluğun aradan qaldırılması bir ölkənin səyi nəticəsində mümkün olan məsələ deyil: "Bunun üçün birlikdə mübarizə aparmalıyıq. Biz qabaqcıl inkişaf proqramının reallaşdırılması üçün əlimizdən gələni etməliyik. BMT 2010-cu ildən başlayaraq yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm işlər, layihə və proqramlar həyata keçirir".

Hazırda dünyanın qaçqın böhranı ilə üzləşdiyini söyləyən ali qonaq bildirib ki, bu, İkinci Dünya müharibəsindən sonra dünyanın üzləşdiyi mühüm problemlərdəndir: "Bunun həlli yubanmamalı, yersiz müharibələr dayandırılmalıdır. Dünyada artan siyasi, iqtisadi problemlər universal bəşəri səviyyədə öz həlini tapmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti