...

Azərbaycanda su təchizatı və tullantı sularının axıdılması tarifi dəyişdirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2016 19:23
Azərbaycanda su təchizatı və tullantı sularının axıdılması tarifi dəyişdirilib.
Azərbaycanda su təchizatı və tullantı sularının axıdılması tarifi dəyişdirildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 13-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılıb.

Şuradan Trend-ə verilən məlumata görə, "Azərsu" ASC-nin müraciəti əsasında bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilmişdir. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kub metr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.

Tarif Şurasının iclasında həmçinin, Səhiyyə Nazirliyinin müraciəti nəzərə alınaraq, dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması məqsədilə dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası və ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin laborator ekspertizası xidmətləri üzrə tarif tənzimlənməsi həyata keçirilib.

İclasda "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1000 kub metr suyun topdansatış tarifi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 19 nömrəli Qərarı ləğv edilib.

Yeni tariflər 2016-ci il 16 may tarixindən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti