Bakı. Azad Həsənli - Trend:
Azərbaycanın dövlət büdcəsi regionlarda qaz və elektrik sayğaclarının kifayət qədər tətbiq edilməməsinə görə hər il təqribən 200-240 milyon manat itirir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Ziyad Səmədzadə parlamentin plenar iclasında deyib.
Onun sözlərinə görə, hər il ölkədə təqribən 200 min elektrik və qaz sayğacı quraşdırmaq lazımdır.
Z.Səmədzadə qeyd edib ki, ötən il Azərbaycanda qəbul edilmiş qərarlar hesabına xarici iqtisadi faktorların mənfi təsirlərini neytrallaşdırmaq mümkün oldu: "Ölkə ötən ilin olduqca çətin olmasına baxmayaraq 2015-ci ildə uğurla inkişaf etdi".