Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan manatı getdikcə fundamental qiymətini qazanır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Sosial biznes - inkişafa aparan yol" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, dünya iqtisadiyyatına mənfi hadisələri nəzərə alsaq, milli valyutanın devalvasiyası qaçılmaz idi.
N.Əmirov qeyd edib ki, hazırda milli valyuta xeyli sabitləşib: "Məqsədyönlü addımlar nəticəsində ölkənin valyuta bazarında sabitləşmə müşahidə olunur və manat getdikcə fundamental qiymətini qazanır".