Bakı. Trend:
İyun ayında "Azərbaycan İES"də 389 milyon kilovat-saata yaxın, o cümlədən ikinci rüb ərzində 1 milyard 195 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub.
Bu barədə Trend-ə "Azərenerji" ASC-dən məlumat verilib.
Energetiklər cari ilin birinci yarısında isə 2 milyard 768 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edərək enerjisistemə ötürüblər.
Hazırda “Azərbaycan İES”də sutka ərzində 16-17 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir.