...

Azərbaycanda fasiləsiz valyuta dəyişmək mümkün olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2016 20:47 (UTC +04:00)
Azərbaycanda saat 18:00-dan sonra və qeyri-iş günləri valyuta mübadiləsi ilə bağlı problem həll oluna bilər.
Azərbaycanda fasiləsiz valyuta dəyişmək mümkün olacaq

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda saat 18:00-dan sonra və qeyri-iş günləri valyuta mübadiləsi ilə bağlı problem həll oluna bilər.

Trend-in məlumatına görə, "Silk Way" bankı avtomatik valyuta mübadiləsi terminallarının quraşdırılmasına başlayıb.

Hazırda ilk terminal test rejimində bankın baş ofisində işləyir. "Silk Way"-dən verilən məlumata görə, bu terminal vasitəsi ilə birdəfəyə yüz dollardan çox olmayaraq valyuta dəyişmək mümkündür. Bununla belə, yaxın zamanlarda terminal tam rejimdə çalışacaq və məhdudiyyət aradan qaldırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti