...

“Atəşgah” Sığorta Şirkətində kadr dəyişikliyi olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2017 16:20 (UTC +04:00)
Azərbaycanın ən iri sığorta şirkətlərindən biri - “Atəşgah” Sığorta Şirkətində (SŞ) kadr dəyişikliyi baş verib.
“Atəşgah” Sığorta Şirkətində kadr dəyişikliyi olub

Bakı. Trend:

Azərbaycanın ən iri sığorta şirkətlərindən biri - “Atəşgah” Sığorta Şirkətində (SŞ) kadr dəyişikliyi baş verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, İdarə Heyəti Sədrinin müşaviri vəzifəsini tutan Fərid Quliyev “Atəşgah” SŞ İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin edilib.

F.Quliyev Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika ixtisası üzrə bakalavr, daha sonra Azərbaycan Dövlət İqtisad Universitenin Maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Peşəkər fəaliyyətinə bank sektorunda başlamışdır və bir sıra rəhbər vəzifələrdə çalışmışdır. 2016-cı ildən etibarən "Atəşgah" SŞ –də çalışır.

F. Quliyevin bu vəzifə üzrə səlahiyyətləri 13 fevral 2017-ci il tarixindən qüvvəyə minir.

“Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. 2016-cı ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti