Bakı. Trend:
Aprelin 7-də Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının 3-cü iclası çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Estoniya biznes-forumu keçiriləcək.
Trend-in AZPROMO-ya istinadən verdiyi məlumata görə, biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Estoniya şirkətlərinin iştirakı nəzərdə tutulur.