...

Biləsuvarda qəzalı vəziyyətə düşən körpü bərpa edildi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2017 11:16 (UTC +04:00)
Körpü sabahdan etibarən sürücülərin istifadəsinə veriləcək.
Biləsuvarda qəzalı vəziyyətə düşən körpü bərpa edildi (FOTO)

Bakı. Trend:

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91-ci km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində kollektor üzərində yerləşən və qəzalı vəziyyətə düşmüş avtomobil körpüsü əsaslı şəkildə bərpa olunub.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, bərpa işləri zamanı körpünün dayaqları bərkidilib, dəmir-beton aşırım tirləri yeniləri ilə əvəzlənib, plitələrin üstü (hərəkət hissə) betonlanıb, daha sonra körpü üzərinə asfalt-beton örtük döşənib və kənarlarına yeni mühəccərlər quraşdırılıb.

Körpü sabahdan etibarən sürücülərin istifadəsinə veriləcək.

Xatırladaq ki, 1973-cü ildə inşa olunan 3 aşırımlı körpü ötən ay ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Uzunluğu 30 metr, eni isə 8 metr olan körpünün dayaq hissəsi sıradan çıxmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti