...

"AccessBank": Banklar yenə birləşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2017 12:37 (UTC +04:00)
2018-ci ildə Azərbaycan bankları, o cümlədən davam edən konsolidasiya hesabına daha iri olacaqlar.
"AccessBank": Banklar yenə birləşəcək

Bakı. Azad Həsənli - Trend:

2018-ci ildə Azərbaycan bankları, o cümlədən davam edən konsolidasiya hesabına daha iri olacaqlar.

Trend-in məlumatına görə, bunu "AccessBank"ın İdarə heyəti sədrinin birinci müavini Anar Həsənov deyib.

O qeyd edib ki, 2018-ci ildə bazarda bankların birləşməsi ilə bağlı yeni vəziyyət yaranacaq: "Hazırda müvafiq danışıqlar az deyil. Bank sektoru bu istiqamətdə hərəkət edir və yerli banklar daha iri olacaq. Fikrimcə, artıq kiçik banklar dövrü başa çatıb".

A.Həsənov bildirib ki, lakin hazırda "AccessBank" belə imkana baxmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti