...

Mərkəzi Bank hərrac keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2017 17:32 (UTC +04:00)
Noyabrın 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 250 milyon manat dəyərində Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Mərkəzi Bank hərrac keçirəcək

Bakı. Ənvər Məmmədov - Trend:

Noyabrın 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 250 milyon manat dəyərində Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Trend-ə BFB-dən verilən məlumata görə, istiqrazların nominal dəyəri 100 manatdır.

Məlumata görə, istiqrazların tədavül müddəti 28 gündür, ödəmə tarixi 2017-ci il noyabrın 29-da bitir.

Xəbər lenti

Xəbər lenti