...

Qadın sahibkarların nəzərinə - Güzəştli kreditin minimal həcmi azaldıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2017 11:40 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi qadın sahibkarlar üçün güzəştli kreditin minimal həcmini beş min manatdan min manatadək azaltmağı təklif edir.
Qadın sahibkarların nəzərinə - Güzəştli kreditin minimal həcmi azaldıla bilər

Bakı. Azad Həsənli - Trend:

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi qadın sahibkarlar üçün güzəştli kreditin minimal həcmini beş min manatdan min manatadək azaltmağı təklif edir.

Trend-in məlumatına görə, bunu qlobal sahibkarlıq həftəsi çərçivəsində keçirilən “Azərbaycanda qadın sahibkarlığının inkişafı” mövzusunda konfransda Komitənin baş məsləhətçisi Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, minimal güzəştli kredit 5000 manat təşkil etdiyi üçün qadınlara kredit götürmək çətindir: “Əgər söhbət kənd qadınlarından gedirsə, əksər hallarda onların şəxsi əmlakı olmur”.

O qeyd edib ki, Komitə müvafiq təklifi İqtisadiyyat Nazirliyinə göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti