...

Azərbaycanda “MoneyPolo” pul köçürmə sisteminin fəaliyyəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2017 16:35 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası “MoneyPolo” pul köçürmə sisteminin fəaliyyətini ölkədə dayandırdı.
Azərbaycanda “MoneyPolo” pul köçürmə sisteminin fəaliyyəti dayandırılıb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə “MoneyPolo” pul köçürmə sisteminin fəaliyyətini dayandırıb.

Palatadan Trend-ə verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pul köçürmə sistemləri və onların təqdim etdikləri xidmətləri təhlil edərək onların etibarlılığına və təhlükəsizliyinə nəzarəti davam etdirir. Nəzarət tədbirləri çərçivəsində Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni formada fəaliyyət göstərən pul köçürmə sistemləri də diqqət mərkəzində saxlanılır.

Palata tərəfindən aparılan araşdırmalar nəticəsində “MoneyPolo” pul köçürmə sisteminin beynəlxalq hüquqi normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələrini həyata keçirməsini və bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib.

Qeyd olunanlar nəzərə alınaraq, ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pul köçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılmağı ilə bağlı tapşırıq verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti