...

Azərbaycan Beynəlxalq Bankının törəmə şirkəti Rusiyadakı filiallarını bağlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2018 13:10 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı özəlləşdirmə çərçivəsində Rusiyadakı törəmə şirkəti - “MBA-Moskva”nın bir sıra filillarını bağlamaq qərarına gəlib
Azərbaycan Beynəlxalq Bankının törəmə şirkəti Rusiyadakı filiallarını bağlayır

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankı özəlləşdirmə çərçivəsində Rusiyadakı törəmə şirkəti - “MBA-Moskva”nın bir sıra filiallarını bağlamaq qərarına gəlib.

Trend-in məlumatına görə, söhbət Sankt-Peterburq və Yekaterinburqdakı filiallardan gedir.

Bankdan verilən məlumata görə, həmin filialların bağlanması barədə qərar “MBA-Moskva”nın Moskva regionundakı fəaliyyətinə diqqəti ayırmaq məqsədi daşıyır.

Məlumatda qeyd olunur ki, Sankt-Peterburq və Yekaterinburq filiallarının müştəriləri ilə iş normal rejimdə davam edir. Martın 5-dən başlayaraq həmin filiallar əmanətlərin qəbul olunmasını dayandırıb və ödəniş sistmeləri vasitəsilə pul köçürmələrini həyata keçirmir.

Əmanətlərin qaytarılması isə məhdudiyyət olmadan, adi qaydada həyata keçirilir.

Filialların 2018-ci ilin aprelin 27-dək bağlanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti