...

Bolqarıstan Nəqliyyat Nazirliyi: BTQ bütün regionun iqtisadi artımını təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2018 07:05 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu bütün regionun iqtisadi artımını təmin edəcək
Bolqarıstan Nəqliyyat Nazirliyi: BTQ bütün regionun iqtisadi artımını təmin edəcək

Bakı. Ləman Zeynalova - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu bütün regionun iqtisadi artımını təmin edəcək.

Bunu Trend-ə Bolqarıstan Nəqliyyat Nazirliyindən deyiblər.

Məlumatda deyilir: “Ölkəmiz Avropa-Asiya daşımalarının yeni dəmiryol dəhlizi vasitəsilə həyata keçirilməsi üçün müvafiq quru və dəniz marşrutları təklif etməyə çalışır. Bizim təhlillərimiz göstərir ki, İpək yolu çərçivəsində Bakı-Tbilisi-Qars marşrutu ilə dəmir yolu xətti Rusiyadan keçən marşrutun alternativi olacaq və bütün regionda iqtisadi artımı təmin edəcək”.

Nazirlikdən bildirilib ki, BTQ Çinlə Avropa arasında daşımaları 15 gün azaldacaq ki, bu da dəniz yolundan iki dəfə tez və hava nəqliyyatının yarı qiymətinədir:

“Bununla əlaqədar olaraq Bolqarıstan tərəfi “Fars körfəzi – Qara dəniz” yeni multimodal nəqliyyat dəhlizi layihəsinin müzakirələrində fəal iştirak edib. Bu layihə çərçivəsində tərəflərin əməkdaşlığı Asiya ilə Avropa arasında nəqliyyat əlaqəsinin inkişafına və Avropa İttifaqı ölkələri ilə, o cümlədən Bolqarıstanla İran arasında səmərəli ticarət yollarının yaradılmasına xidmət edəcək. Ölkəmiz strateji coğrafi mövqedə yerləşir və Avropada nəqliyyat qovşağına çevrilmək potensialına malikdir. Bütün prioritet nəqliyyat layihələrinin reallaşdırılması ilə Bolqarıstan Asiya ilə Avropa arasında birbaşa marşruta çevriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti