Bakı. Trend:
Ölkəmizdə elektron bankçılıq üzrə lider bank adını qazanmış Bank Respublika və beynəlxalq pul köçürmələri sahəsində lider olan Western Union sistemi (NYSE: WU) ilə əməkdaşlığını genişləndirmiş və pulköçürmə xidmətlərini bankın “Mobil Şöbə” əlavəsinə tam şəkildə inteqrasiya etməklə, Azərbaycanın maliyyə bazarında yenilikçi rəqəmsal bir xidmət təqdim edir.
Bankdan Trend-ə verilən məlumata görə, Western Union platformasının bankın mobil əlavəsinə inteqrasiya edilməsi müştərilərə dünyanın 200-dən çox ölkəsinə pul göndərməyə və vəsaitlərin birbaşa bank hesabına və yaxud bank kartına mədaxil edilməsinə imkan verir. Bununla yanaşı, müştərilər pul köçürmələrini əvvəlki qaydada bankın ofislərindən göndərə və ya ala bilərlər.
“Pulköçürmə platformasının mobil əlavəyə inteqrasiyası Azərbaycanda rəqəmsal bankçılığın inkişafında yeni bir mərhələdir ", - deyə Bankın İdarə Heyəti sədrinin müavini Elnur Həsənov yeni xidmət haqda şərh verərkən qeyd edib. - Bu qərar beynəlxalq pul köçürmələri sahəsində yeni trendin başlanğıcı olacaq. Biz beynəlxalq pul köçürmələri sahəsinin liderlərindən biri olan "Western Union" ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk və gələcəkdə iş birliyimizi davam etdirməyi planlaşdırırıq".
"Yeni xidmət Bank Respublika ilə 2002-ci ildə başlayan uğurlu əməkdaşlığımızın məntiqi davamıdır", - deyə “Western Union”un Rusiya və MDB ölkələri üzrə baş direktoru Andrey Aqeyev bildirib. Western Union və Bank Respublikanın multikanal yanaşması müştərilərə pul köçürmələrini mobil əlavə vasitəsilə ani olaraq, eləcə də bankın filiallarında sürətli, operativ və sərfəli şəkildə həyata keçirməyə imkan yaradır”.
Dünya Bankının statistikasına əsasən, 2017-ci ildə Azərbaycana 1,1 milyard ABŞ dolları həcmində vəsait köçürmə yolu ilə daxil edilmiş, 600 milyon ABŞ dollarından çox vəsait isə ölkədən xaricə göndərilmişdir.
MÜŞTƏRİLƏR ÜÇÜN PROSEDUR QAYDALARI
"MobilŞöbə" vasitəsilə pul göndərmək üçün ( iOS və ya Android sistemində mövcuddur), alıcının adını, təyinat ölkəsini və köçürmənin məbləğini göstərmək tələb olunur. Əməliyyat başa çatdıqdan sonra, göndərən tərəfdən pulu alan şəxsə bildirməli olduğu SMS-lə 10 rəqəmli nəzarət nömrəsi (MTCN) göndərilir.
Xaricdə pul göndərərkən, vəsait təyinat ölkəsinin valyutasına avtomatik konvertasiya olunur. Bəzi ölkələrə köçürmə vaxtı göndərən özü də pulların verilməsi valyutasını müəyyən edə bilər. Alıcı köçürülən məbləği Western Union xidmət mərkəzində bir neçə dəqiqə ərzində * ala bilər.
Pul köçürməsini almaq üçün Bankın müştərisi köçürmənin nəzarət nömrəsini daxil etməlidir, təyinat ölkəsini, valyutanı və məbləği göstərməlidir. Pul köçürmələri alıcının və ya bank kartının seçdiyi cari hesaba köçürülür.
*2017-ci ilin yekunlarına əsasən Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində keçirilən tədbirdə Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında növbəti dəfə 1-ci yerə layiq görüldü.
** Servisin şərtlərinə əsasən, xidmətin xüsusiyyətlərindən, o cümlədən konkret məbləğdən, təyinat ölkəsindən, valyutanın mövcud olmasından, qanunvericilikdən, identifikasiya tələblərindən, ödəniş məntəqəsinin iş saatlarından, saat fərqindən, təxirə salınmış tarif şərtlərindən və digər tədbiq olunan məhdudiyyətlərdən asılı olaraq köçürmənin ödənilməsi yubadıla və ya qeyri-aktiv ola bilər.