...

MasterCard Azərbaycan Beynəlxalq Bankını mükafatlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2018 17:46 (UTC +04:00)
MasterCard beynəlxalq ödəniş sistemi Azərbaycan Beynəlxalq Bankını mükafatlandırıb.
MasterCard Azərbaycan Beynəlxalq Bankını mükafatlandırıb

Bakı. Trend:

MasterCard beynəlxalq ödəniş sistemi Azərbaycan Beynəlxalq Bankını mükafatlandırıb.

Azərbaycan Beynəlxalq Bankından Trend-ə verilən məlumata görə, bank debit MasterCard kartlarının sayını nisbət olaraq artıran bank nominasiyasında lider olub.

Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. MasterCard, VISA, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir.

Azərbaycan Beynəlxalq Bankı həm də ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik bankdır. Hazırda respublikamızın ayrı-ayrı bölgələrində bankın 760 bankomatı fəaliyyətdədir. Bundan başqa, ölkəmizdəki müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 12219 POS terminalı müştərilərin istifadəsindədir.

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti