Bakı. Trend:
Roman Abramoviç 65 milyon dollara İsrailin ən bahalı villasını alıb.
Trend-in məlumatına görə, villa Tel-Avivdən 15 kilometr şimalda Gersliya-Pituax şəhərində yerləşir.
Sahibkar 2 min kv.m. sahəsi olan mülkün alınması barədə sövdələşməni 2006-cı ildə Gersliya-Pituax şəhərində iki torpağ sahəsini 21 milyon dollara alaraq birləşdirən və yuxarıda qeyd edilən villanı tikən milyarder Alan Qovard ilə imzalayıb.
Bildirilir ki, bu 2018-ci ilin mayında İsrail vətəndaşlığını almış R.Abramoviç tərəfindən ölkədə alınan ilk əmlak deyil. 2015-ci ildə iş adamı Təl-Əvivin cənubundakı tarixi Neve Tzedek rayonunda "Varsano" butiki otelini və on bitişik 1.5 min kvadrat metr olan ərazini 25 milyon dollara əldə edib.