Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:
2025-ci ilədək Azərbaycan pomidor ixracını 50 milyon dollar artırmağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Fondun 2020-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O xatırladıb ki, ötən il Azərbaycan 200 milyon dollar məbləğində pomidor ixrac edib.
Onun sözlərinə görə, Azərbaycan kiçik həcmdə pomidor istehsal edən onu ixrac etmək niyyətində olan ailə təsərrüfatlarını vahid kooperativdə birləşdirməyə başlayacaq:
"Kooperativin yaradılması fikri ailə təsərrüfatlarının xarici bazarlara çıxışını asanlaşdırmağa əsaslanır. Layihənin reallaşdırılmasına gələn ay başlanacaq. Bununla əlaqədar olaraq AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi birgə İşçi qrupu yaradıb. Layihəyə həm də Qida Təhlükəsizliyi Agentliyi cəlb edilib".