...

Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb - Mərkəzi Bank (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2021 10:47 (UTC +04:00)
Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb - Mərkəzi Bank (FOTO)

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb.

Trend-in məlumatına görə, bunu Azərrbaycan Mərkəzi Bankının (AMB) İdarə heyəti sədrinin birinci müavini Alim Quliyev bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.

"Rəqəmsal texnologiyaların dinamik inkişafı pandemiya dövründə öz səmərəliliyini göstərdi. Bu müddət ərzində internet bankçılıq 23 faiz, mobil bankçılıq isə 30 faiz artıb. Bundan başqa, 2020-ci il ərzində elektron kommersiya 17 faiz artıb. Rəqəmsallaşmanın yeni mərhələsi maliyyə ehtiyatlarını artırıb. AMB, həmçinin vətəndaşlarımızın nağdsız ödənişlərinin təmin olunması üçün bir sıra proqramlar reallaşdırıb. Rəqəmsallaşma bu gün trend olmaqda davam edir", - deyə o, bildirib.

A.Quliyev qeyd edib ki, digər trend "Amazon" və digər qlobal şirkətlərlə əməkdaşlığın qurulmasıdır.

"AMB kibertəhlükəsikzlik sahəsində bu sektoru daha prioritet hesab edir və genişmiqyaslı işlər aparır. 2018-2020-ci illərdə nağdsız ödənişlərə keçidlə bağlı iri layihələr reallaşdırılıb. Bu proqram çərçivəsində AMB QR kodlar vasitəsilə ödənişlər barədə həll təqdim edib. Digər uğurlu layihə Bakı-Sumqayıt qatarlarında ödənişin kart vasitəsilə həyata keçirilməsidir. Biz, həmçinin bir sıra bank tətbiqlərində NFC ödənişləri aktivləşdirmişik", - A.Quliyev bildirib.

O əlavə edib ki, 2021-ci ilin doqquz ayı ərzində nağdsız ödənişlər 8,2 faiz artıb.

"Daxili ödənişlər 70 faiz, elektron kommersiya 64 faiz artıb. Nağdsız ödənişlərin inkişafı strategiyası 2026-cı ilədək davam etdiriləcək. Yeni strateji yanaşma nağdsız ödənişlərin inkişafı üçün əlavə stimul yaradacaq", - deyə A.Quliyev bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti