...

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-dövlət təşkilatlarının 415 layihəsinə maliyyə dəstəyi ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2021 15:45 (UTC +04:00)
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-dövlət təşkilatlarının 415 layihəsinə maliyyə dəstəyi ayıracaq

Bakı. Trend:

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-dövlət təşkilatlarının 415 layihəsinə maliyyə dəstəyi ayıracaq.

Trend-in məlumatına görə, bunu agentliyin icraçı direktoru Aygün Əliyeva 2021-ci il üzrə kiçik qrantlar müsabiqəsinin yekunları ilə bağlı brifinq zamanı deyib.

O qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilk dəfə e-qrant.az portalında elektron formada bu müsabiqəni keçirib.

"Müsabiqənin elektron portalda keçirilməsi daha çox şəffaflığın təmin olumasına imkan yaratdı. Belə ki, müsabiqədə 7 istiqamət (narkomaniya ilə mübarizə, korrupsiya ilə mübarizə, sosial və iqtisadi istiqamətlər, ətraf mühitin mühafizəsi və digər istiqamətlər) üzrə 478 layihə qəbul edilib. Bunlarda 26-ı məüyyən səbəblərdən qəbul edilməyib, 452-i isə şuramız tərəfindən maliyyələşdirilməsi üçün qəbul olunub", - deyə o bildirib.

A.Əliyeva əlavə edib ki, agentliyin şurası tərəfindən qeyri-dövlət təşkilatlarının 415 layihəsinə maliyyə dəstəyi ayrılması barədə qərar qəbul edilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti