...

Almaniya Gürcüstanda qabaqcıl təcrübə mərkəzləri yaratmaq niyyətindədir (Özəl)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2022 22:41 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Gürcüstanda şərabçılıq və turizm sahəsində qabaqcıl təcrübə mərkəzləri yaratmaq niyyətindədir.

Bu barədə Trend-ə Almaniyanın Tbilisidəki səfirliyindən bildirilib.

Səfirliyin məlumatına əsasən, Almaniya və Gürcüstan hökumətləri arasında danışıqlar iki ildən bir keçirilir.

Diplomatik nümayəndəlikdən bildirilib ki, son danışıqlar 2021-ci ilin noyabrında baş tutub və tərəflər peşə təhsili sahəsində maliyyələşdirmə məsələlərini müzakirə ediblər.

"Almaniya artıq Tbilisidə tikinti və logistika sahəsində qabaqcıl təcrübə mərkəzinin yaradılmasını maliyyələşdirir", - deyə səfirlikdən bildirilib.

Qeyd edilib ki, Almaniya İnkişaf Agentliyinin uzun illərdir ki, Gürcüstana şərabçılıq və turizm sahəsində verdiyi dəstək bu mərkəzlər vasitəsilə də səmərəli istifadə edilə bilər.

Almaniya ilə Gürcüstan arasında inkişaf sahəsində məhsuldar əməkdaşlıq 30 ilə yaxındır ki, mövcuddur. Bu müddət ərzində Almaniya Gürcüstana maliyyə əməkdaşlığı sahəsində ümumi olaraq 1,3 milyard avrodan çox dəstək verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti