...

IFC və Dünya Bankı Azərbaycanda özəl sektorun inkişafı ilə bağlı araşdırma aparır - Regional menecer (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2022 10:45 (UTC +04:00)
IFC və Dünya Bankı Azərbaycanda özəl sektorun inkişafı ilə bağlı araşdırma aparır - Regional menecer (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı ilə birgə Azərbaycanda özəl sektorun diaqnostikası üzərində işləyir. Diaqnostika özəl sektorun inkişafına xidmət edəcək siyasətin müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanı əhatə edir.

Bunu Trend-ə özəl müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.

Onun sözlərinə görə, araşdırmada məhdudiyyətlər, o cümlədən rəqabət və investisiya mühiti ilə bağlı məhdudiyyətlər, eləcə də özəl sektorun artım imkanları dəyərləndiriləcək.

"Dörd sektor diqqət mərkəzində olacaq: rəqəmsal infrastruktur, sosial logistika, bağçılıq və rəqəmsal maliyyə xidmətləri. Bu araşdırmalar Dünya Bankı Qrupunun Azərbaycanla yeni Çərçivə tərəfdaşlıq proqramı və IFC-nin ölkələr üzrə strategiyası üçün təməl olacaq. Bütün bunlar bazarların yaranmasına və özəl sektorun potensialının açılmasına xidmət edəcək",

Qeyd edək ki, Azərbaycan 1995-ci ildə IFC-nin üzvüdür.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti