...

Gürcüstan Azərbaycan və Türkiyə ilə sərhəddə "Vahid dayanacaq" prinsipi tətbiq etmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2023 10:25 (UTC +04:00)
Gürcüstan Azərbaycan və Türkiyə ilə sərhəddə "Vahid dayanacaq" prinsipi tətbiq etmək istəyir

Bakı. Trend:

"Gürcüstanın qonşu ölkələrlə, xüsusən Azərbaycan və Türkiyə ilə sərhədində "Vahid Dayanacaq" prinsipi tətbiq edilməlidir.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili gürcü jurnalistlərə deyib.

Tədbirdə çıxış edən Xutsişvili birgə keçid məntəqələrindən və keçid məntəqələrini birgə idarəetmə layihələrindən danışıb.

"Ölkələr gömrük administrasiyasının birgə mexanizmlərinin tətbiqinə siyasi cəhətdən tam hazırdır. Əminəm ki, Qafqaz bu baxımdan böyük potensiala malik regiondur, burada birgə keçid məntəqələri üzrə daha qabaqcıl təcrübə və ya məntəqələrin birgə idarə olunması prinsipləri formalaşa bilər", - L.Xutsişvili jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, bu prinsip daha sonra başqa ölkələrdə də tətbiq oluna bilər.

""Vahid dayanacaq" prinsipi Gürcüstanda bütün avtomobil keçid məntəqələrində tətbiq olunub, lakin aydındır ki, qlobal təchizat zəncirləri üçün bir ölkədə müasirləşmiş rəsmi prosedurlar yetərli deyil, bütünlükdə Orta Dəhlizin ötürücülük qabiliyyəti, çevikliyi və öncədən təyinat lazımdır", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti