...

Azərbaycan və İsrail iqtisadi əməkdaşlığı daha da möhkəmlətmək üçün tədbirlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2023 16:28 (UTC +04:00)
Azərbaycan və İsrail iqtisadi əməkdaşlığı daha da möhkəmlətmək üçün tədbirlər görür
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İsrail arasında Təl-Əvivdə və Bakıda ölkələr arasındakı iqtisadi əməkdaşlığı daha da möhkəmlədəcək müvafiq tədbirlərin keçirilməsinə dair memorandum imzalana bilər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) prezidentinin məsləhətçisi Fərid Vəlizadə "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafının gücləndirilməsini əhatə edən sənəd hazırlayıb.

O, həmçinin, kənd təsərrüfatı sahəsində kadr potensialının gücləndirilməsinə yönəlmiş komissiya yaradıldığını qeyd edib.

"Konfederasiyamız səfirliklərlə və ticarət palataları ilə sıx əməkdaşlıq edir və biz bu əməkdaşlıqlar çərçivəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə nail oluruq. Qeyd etmək istəyirəm ki, gələckdə İsraildə və Azərbaycanda ölkələrimiz arasında əməkdaşlığı daha da gücləndirəcək müvafiq tədbirlərin keçirilməsinə dair memorandum imzalana bilər. Bundan başqa, yaxın aylarda Azərbaycanda aqrar sərgilərin keçirilməsi, həmçinin, şirkətlərimizin beynəlxalq sərgilərdə iştirakı planlaşdırılır", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti