...

PROQNOZLAŞDIRMA ÜÇÜN MƏZƏNNƏ 4700 AZM/1USD OLDU

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2005 17:03 (UTC +04:00)

Proqnoz göstəricilərinin hesablanması üçün gələn il iqtisadi inkişaf nazirliyi 4700 AzM / 1 USD məzənnəsini qəbul edib.İqtisadi inkişaf naziri Fərhad Əliyev Trend agentliyinə bildirib ki, hazırda Azərbaycan Milli bankı (AMB) ötən ildə proqnoz göstəricilərinin hesablanması üçün məzənnə təqdim etməyib. "Proqnoz dəqiqləşdirilməlidir.Cari ilin 15 sentyabrında AMB tərəfindən dəqiqləşdirilməli, təhlil edilməli və Nazirlər Kabinetinə təqdim edilməlidir"-deyə F.Əliyev qeyd edib.

Bundan öncə makro iqtisadi göstəricilərin hesablamaları məzənnənin 4900 AZM/1USD səviyyəsində qərar tutan göstəricisindən asılı olaraq aparılırdı. " 4700 AzM / 1USD məzənnəsi son deyil və dəqiqləşdirilə bilər.Vəziyyətin hazırkı inkişafı göstərir ki, bunun dəqiqləşdirilməsi manatın məzənnəsinin artması və dolların məzənnəsinin azalması istiqamətinə yönlənə bilər " -deyə nazir bildirib.

30 avqusta olan vəziyyətə əsasən dolların məzənnəsi 4629 manat təşkil edir.Bununla 2005-ci il yanvarın 1-i ilə müqayisədə bu, 274 dəfə azalıb.

ABŞ dolları ilə münasibətdə manatın rəsmi orta məzənnəsi

*** manat 1 ABŞ dolları üçün

Yanvar

4902,16

Fevral

4897,71

Mart

4872,94

Aprel

4830,60

May

4785,19

İyun

4735,75

İyul

4700,19

Xəbər lenti

Xəbər lenti