...

Asiya İnkişaf Bankının sosial infrastruktura üzrə missiyası Baıya gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2006 13:38 (UTC +04:00)

Fevralın 24-dən Asiya İnkişaf Bankının (AİB) Sosial infrastruktura üzrə Departamentinin direktoru Robert Vitolun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya iki həftəlik missiyası başlayır.AİB-nın Bakı nümayəndəliyiinin rəhbəri Metyu Vestfolun Trend ə verdiyi məlumata görə, səfər regionların sosial infrastrukturunun inkişafı və qaçqınların və məcburi köçkünlərin sosial həyatanın yaxşılaşdırılması layihəsi üzrə keçiriləcək.

Missiya məsləhətçilər tərəfindən hazırlanmış hesabatla tanış olacaq və layihə ilə razılaşma barəd məktub hazırlayacaq. Həmçinin, layihənin son variantı, onun komponentləri və dəyəri, daha doğrusu, ölkə hökumətinə təqdim edilməsin üçün tam hazır ediləcək.

Azərbaycanın regionlarında sosial infrastrukturun təkmilləşdirilməsi üçün Asiya bankı 2006-zcı ildə kredit ayırmağı planlaşdırır. İlkin məlumatlara görə, bankın maliyyəsi $25 mln. təşkil edəcək. AİB-in "Şəhərlərin alyansı" (Şəhərlərin əməkdaşlığı)layihəsi altında təqdim etdiyi texniki yardım çərçivəsində sosial layihəyə daxil ediləcək regionlar daxil ediləcək. Bir qayda olaraq 9-10 region (Bərdə, Sumqayıt, Şəki, Gəncə, Göyçay, Ağdam, Mingəçevir və s.) seçiləcək. Layihə bələdiyyələr və sosial infrastrukturun inkişafında əlaqəsi olan digər tərəflərin iştirakı ilə reallaşdırılacaq.

Mayda AİB dekabr ayında fəaliyyət göstərməyə başlayan layihənin reallaşdırılmasına yardım üçün $500 min qrantın ayrılmasını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti