...

Azərbaycan və Rusiya xəzinəsi Texniki əməkdaşlıq haqqında Saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2006 19:12 (UTC +04:00)

Bu gün Maliyyə Nazirliyində Rusiya Federasiyası xəzinəsi və Azərbaycanın Baş dövlət xəzinəsi arasında (BDX) Texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, sənədi Rusiya xəzinəsinin direktor müavini Famil Sadıqov və BDX baş direktoru Heydər Əsədov imzalayıb.

Peşəkar sahədə beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verildiyini nəzərə alaraq, sazişdə hər iki tərəfi maraqlandıran qarşılıqlı fəaliyyətin inkişafı nəzərdə tutulub.

Sazişdə xəzinədə informasiya texnologiyalarından istifadə sahəsində qarşılıqlı əməkdaşlığın, maliyyə proqnozlaşdırılmasının gücləndirilməsi, büdcə xidmətlərinin, büdcə qanunvericiliyinin metodologiya və texnologiyalarının təkmilləşdirilməsi, qanunvericiliyin, büdcədə kassa xidmətinin, büdcə uçotu və hesabatının, xəzinə orqanlarının təşkili və funksiyalarının nizama salınma prosesi barədə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti