...

16926 obyektdə kassa aparatlarından istifadə üzrə pozuntu aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2006 19:05 (UTC +04:00)

Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində 64179 obyektdə vergi reydləri keçirib. Trend in nazirliyin Operativ Nəzarət İdarəsinin məlumatına istinadən xəbər verdiyi kimi, avqustun 25-nə olan vəziyyət üzrə 16926 obyektdə qanunvericiliyin pozulması faktları aşkar edilib. Nəticədə bu obyektlərə qarşı 1549,92 min manat məbləğində inzibati cərimə tətbiq olunub.

Vergi reydləri iyulun 24-də Bakı üzrə başlayıb. Reydlər əhali ilə nağd hesablaşmanın aparılması qaydalarına riayət olunması, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi və vurulmuş kassa çeklərinin alıcılara təqdim edilməsinə nəzarət məqsədilə aparılır.

Xəbər lenti

Xəbər lenti