...

Li Von Qul: Koreya Azərbaycanın inkişafında iştirak etmək və hərtərəfli əməkdaşlıq qurmaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2006 17:07 (UTC +04:00)

"Koreya Azərbaycanın inkişafında iştirak etmək və hərtərəfli əməkdaşlıq qurmaq istəyir". Trend in xəbər verdiyi kimi, avqustun 28-də Azərbaycan-Koreya biznes-forumunun açılışında Koreyanın ticarət, sənaye və energetika nazirinin müavini Li Von Qul bəyan edib.

2005-ci ildə Cənubi Koreya və Azərbaycan arasında mal dövriyyəsinin həcmi $42 mln təşkil edib. Bu ilin tendensiyaları mal dövriyyəsinin 2006-cı ildə artacağını göstərir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, ancaq ölkələrin potensial əməkdaşlıq imkanlarını nəzərə alaraq, belə rəqəmlər tərəfləri qane edə bilməz. Bu, həm də Azərbaycanın iqtisadi inkişaf templərinə, VVP-yə və digər göstəricilərə əsaslanır.

Koreyalı nazir bildirib ki, ölkə sahibkarları Azərbaycanın enerji, təbii sərvətlər, inşaat, kənd təsərrüfatı, İKT sektorlarında iştirakda maraqlıdır.

Əməkdaşlığın əsasını Koreya prezidentinin may ayında Bakıya səfəri zamanı əldə olunmuş razılaşmalar təşkil edir. "Koreya öz təcrübəsi ilə bölüşməyə və Azərbaycanın inkişafına hər cür dəstək göstərməyə hazırdır", - deyə Li Von Qul qeyd edib.

Xəbər lenti

Xəbər lenti