...

Azəriqazbank Azərbaycanda İFC zəmanəti altında akkreditiv buraxan ilk bankdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2006 14:46 (UTC +04:00)

İlk dəfə Azərbaycanda Azəriqazbank səhmdar-investisiya bankı (AGBank) və Beynəlxalq Maliyyə Korporasiyası (İFC) tərəfindən xarici şirkətin xeyrinə akkreditivin buraxılması formasında beynəlxalq tranzaksiya həyata keçirilib. Trend bankın məlumatına istinadən xəbər verir ki, tranzaksiya 13 iyun 2006-cı ildə İFC və AGBank arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilib.

Akkreditiv bank tərəfindən idxalın maliyyələşdirilməsi üçün verilib və Maliyyə korporasiyası tərəfindən təsdiq edilib.

Azəriqazbankın idarə heyətinin sədri Azər Mövsümovun qeyd etdiyi kimi, AGBank və İFC səkkiz ildir ki, dinamik surətdə əməkdaşlıq edir. Hazırda Beynəlxalq maliyyə korporasiyasının AGBank üçün ayırdığı vəsaitlərin ümumi məbləği 5,2 mln. ABŞ dolları təşkil edir. Bunun 4,2 mln. ABŞ dolları - xırda və orta biznesin inkişafına kredit xətti, 1 mln. ABŞ dolları isə - ticari maliyyələşdirilmə üçündür.

AGBank Azərbaycan Milli Bankı tərəfindən 9 noyabr 1992-ci ildə qeydiyyata alınıb. 1997-ci ildən, agent-bank qismində Avropa Birliyinin RARP-1 layihəsi üzrə Azərbaycanın aqrar sektorunun kreditləşdirilməsini həyata keçirən TACİS proqramının reallaşdırılmasında iştirak edir. 1997-ci ilin dekabr ayından "Europay İnternational"ın, 2000-ci ilin noyabr ayından isə SWIFT-in üzvüdür.

Xəbər lenti

Xəbər lenti