...

Azərbaycanda saxta manatlar əmələ gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2006 15:50 (UTC +04:00)

Azərbaycan bazarında saxta yeni manatlar yaranıb. Bu barədə Trend ə Müstəqil İstehlakçılar İttifaqının başçısı Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, 1 manatlıq əskinaz hazırda onun masasındadır.

"Düzdür, saxta pulun keyfiyyəti çox da yaxşı deyil, ona görə də dövriyyədə çoxlu sayda saxta pulların olmasını güman etmək olmaz. Yəqin ki, bununla kiçik saxtakarlar məşğul olub. Şübhəsiz, saxta pul dövriyyəsi aydın şəkildə istehlakçı hüqüqunun pozulmasıdır, lakin onları bundan qorumaq demək olar ki, mümkün deyil. Təəssüf ki, saxta pullarla bağlı şikayətlər o qədər də çox deyil. Bu aydındır, insanlar bu şikayətlə orqanlara müraciət etməyə ehtiyat edirlər", - deyə E.Hüseynov bildirib.

E.Hüseynov həmçinin "saxta" pul aşkar etdikləri halda respublika vətəndaşlarını dərhal hüquq-mühafizə orqanlarına və ya Mİİ-yə müraciət etməyə çağırıb. "Biz pulu təqdim edənin bu işdə əli olmamasını sübut etməyə yardım edəcəyik, orqanlar isə öz növbəsində, istintaqa başlayacaqlar", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti