...

"KAMAZ" Azərbaycanda maşınqayırma istehsalının yaranması şərtlərini gözdən keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2006 17:16 (UTC +04:00)

"KAMAZ" ASC Azərbaycan hökumətinə ölkədə yük maşınlarının istehsalının yaradılması lahiyəsi ilə bağlı yeni təkliflərlə müraciət edib. Bu barədə Trendə Nazirlər Kabinetindən xəbər veriblər. "İstehsal yaratmaq üçün onların təklif etdiyi şərtlərlə razılaşmaya bilərik, ona görə də danışıqlar prosesi davam edəcək. Əgər "KAMAZ" bazarını itirmək istəmirsə, bunlarla razılaşmalı, əks halda biz alternativ axtarmalıyıq" - Nazirlər Kabinetindən bildiriblər.

Azərbaycan biznesin təşkili üçün vacib olan güzəştləri verməyə hazırdır. Habelə Rusiya maşınqayırma istehsalı müəssisəsi üçün öz maraqlarına uyğun şərtlər təklif edir. Nazirlər Kabineti hələlik onları açıb söyləməkdən imtina edib.

ASC "Az motors Co Ltd" Azərbaycan şirkətinin nəzdində ayrıca istehsal yaratmağı planlaşdırır. Bu şirkət 2006-cı ilə qədər "KAMAZ"ın rəsmi dileri olub və Azərbaycanda "KAMAZ" avtomobillərinin satışını təşkil edib. Əməkdaşlıqdan sonra isə cəmi 250 maşın buraxılıb. Əvvəllər şirkət ildə 80 maşın göndərirdisə, indi bu rəqəm bir aya aiddir.

Xəbər lenti

Xəbər lenti