...

QKDK Kovser Bank ASC-nin səhm emissiyasını qeydiyyatdan keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2006 12:04 (UTC +04:00)

Qiymətli kağızlar üzrə Dövlət Komissiyası "Kovser Bank" ASC-nin sadə adlı sənədsiz səhm emissiyasının prospektini qeydiyyatdan keçirib. Trend Bakı fond Birjasının məlumatına istinadən xəbər verir ki, emissiyanın həcmi 3,6 mln. AZN təşkil edir. Bir səhmin nominal dəyəri 200 AZN səviyyəsində müəyyənləşdirilib.

Emissiya prospektinə əsasən, yerləşdirmə Bakı fond birjasında açıq iltizam yolu ilə həyata keçiriləcək. Səhmlərin yerləşdirilməsinin anderrayteri rolunda "Standart Capital" MMC çıxış edəcək.

Hazırda Kovser Bank ASC-nin kapitalı 5 mln. manat təşkil edir, lakin AMB-nin normativ tələblərinə çatanadək bank rəhbərilyi onun səhmdarı olmaq istəyənlərlə danışıqlar aparır. Bu barədə Trend ə bankın idarə heyətinin sədri Heydər İbrahimov məlumat verib.

"Arzu edənlər çoxdur, lakin hamını qəbul edə bilmərik və dünyada məşhur olan islam institutlarının bizim səhmdarlarımız olmasını istəyirik. Amma ümumi kapitalın 1 yanvar 2007-ci il tarixinədək 8,2 mln. AZN-ə çatdırmaqla bağlı heç bir problem olmayacaq", - deyə H.İbrahimov hesab edir.

Xəbər lenti

Xəbər lenti